...

"Taliban"ın növbəti hücumü: 30-dan çox polis ölüb

Dünya xəbərləri Materials 16 Oktyabr 2018 13:16 (UTC +04:00)
"Taliban" radikal hərəkatının döyüşçülərinin hücumu nəticəsində 30-dan çox polis əməkdaşı saxlanılıb.
"Taliban"ın növbəti hücumü: 30-dan çox polis ölüb

Bakı. Trend:

Əfqanıstanın şimalında "Taliban" radikal hərəkatının döyüşçülərinin hücumu nəticəsində 30-dan çox polis əməkdaşı saxlanılıb.

Trend-in məlumatına görə, taliblər Samanqan vilayətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum nəticəsində 30-dan çox polis həlak olub. Onların arasında polis rəisinin müavini polkovnik Xvani Tahiri də var.

Taliblərin 8 polis maşını, iki tank və silah-sursat ələ keçirdiyi bildirilir.

Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmlə mübarizə üzrə birgə əməliyyatlara başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti