...

"Titli" qasırğası Hindistanı dağıtdı - Ölənlər var

Hadisə Materials 16 Oktyabr 2018 16:34 (UTC +04:00)
Hindistanda tüğyan edən "Titli" qasırğası ciddi fəsadlara yol açıb.
"Titli" qasırğası Hindistanı dağıtdı - Ölənlər var

Bakı. Trend:

Hindistanda tüğyan edən "Titli" qasırğası ciddi fəsadlara yol açıb. Trend-in məlumatına görə, güclü leysan yağışları ilə müşayiət olunan küləkli hava Oriss ştatında 16 nəfərin ölümünə səbəb olub.

Qacapati mahalında isə yağışlar nəticəsində baş vermiş sürüşmə 18 nəfərin həyatına son qoyub.

Küləyin gücünün saatda 140 km çatdığı bildirilir.

Qasırğa səbəbindən həmin ştatda dərslərin təxirə salındığı bildirilir. Eləcə də təhlükəli ərazilərdən təxminən 300 min sakin təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti