...

Tramp: ABŞ Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacaq

Dünya xəbərləri Materials 21 Oktyabr 2018 00:55 (UTC +04:00)
ABŞ Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacaq
Tramp: ABŞ Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacaq

Bakı. Trend:

ABŞ Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacaq.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Xatırladaq ki, daha əvvəl "New York Times" qəzeti bildirimişdi ki, ABŞ orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmağı planlaşdırır və prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu barədə Rusiya tərəfinə Moskvaya səfəri zamanı məlumat verəcək.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti