...

Əfqanıstanda silahlıların hücumu nəticəsində 1 çexiyalı hərbçi ölüb, 2-si isə yaralanıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 04:15 (UTC +04:00)
Əfqanıstanın Herat əyalətində bir qrup silahlı Şindad aviabazasına hücum edib
Əfqanıstanda silahlıların hücumu nəticəsində 1 çexiyalı hərbçi ölüb, 2-si isə yaralanıb

Bakı. Trend:

Əfqanıstanın Herat əyalətində bir qrup silahlı Şindad aviabazasına hücum edib.

Trend-in məlumatına görə, silahlıların hücumu nəticəsində 1 çexiyalı hərbçi həlak olub, 2-si isə yaralanıb.

Çexiya Baş Qərargahından bildiriblər: "1976-cı il təvəllüdlü bir hərbçi - T.P. - həlak olub və dəstək bölmələri digər 2 üzvü yaralanıb. Hərbi qulluqçulara yerində təxirəsalınmaz tibbi yardım göstərilib, bundan sonra onlar Bəhram bazasındakı hospitala təyyarə ilə aparılıblar. Yaralı hərbçilərin həyati təhlükəsi yoxdur".

Qərargahın nümayəndəsi Yakub Faynor öz növbəsində jurnalistlərə bildirib ki, insidentin digər təfərrüatları barədə məlumat oktyabrın 23-ü veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti