...

Çavuşoğlu: Türkiyə-ABŞ münasibətləri keşiş Bransonun həbsinə görə pozulmayıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 12:10 (UTC +04:00)
Türkiyə ilə ABŞ arasındakı münasibətlər keşiş Endrü Bransonun həbsinə görə pozulmayıb
Çavuşoğlu: Türkiyə-ABŞ münasibətləri keşiş Bransonun həbsinə görə pozulmayıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə ilə ABŞ arasındakı münasibətlər keşiş Endrü Bransonun həbsinə görə pozulmayıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib kli, iki ölkə arasında fikir ayrılıqları Vaşinqtonun PYD və YPG terrorçularına dəstək göstərdiyi üçün mövcuddur:

“ABŞ Suriyanın şimalında PYD və YPG-yə dəstəyini dayandırmalıdır”.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə ABŞ-ın Mənbic üzrə yol xəritəsinin şərtlərini yerinə yetirəcəyinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti