...

İranda inflyasiya yüksəlib

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 20:45 (UTC +04:00)
İranda bu ay qiymət indeksində ötən ayla müqayisədə 7,1% artım olub.
İranda inflyasiya yüksəlib

Bakı. Elnur Bağışov - Trend:

İranda inflyasiya 13,4%-ə yüksəlib.

Trend-in məlumatına görə, İranın Statistika Mərkəzi qeyd edib ki, bu ay qiymət indeksində ötən ayla müqayisədə 7,1% artım olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ay indeksdə dəyişikliyin 32,8% olduğunu bildirib. Yəni İranda ailələr 2017-ci ilin analoji dövrü ilə müqayisədə ötən ayda bir məhsulu satın almaq üçün orta hesabla 32,8% əlavə vəsait xərcləyiblər.

Ərzaq, içki və tütün məmulatları qrupunda qiymət indeksi ötən ayla müqayisədə 8,6%, qeyri-ərzaq məhsulları və xidmətlər qrupunda 6,4% artım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti