...

Ərdoğan və Trüdo jurnalist Xaşuqcinin ölümü məsələsini müzakirə ediblər

Dünya xəbərləri Materials 27 Oktyabr 2018 01:21 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı keçirib.
Ərdoğan və Trüdo jurnalist Xaşuqcinin ölümü məsələsini müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı keçirib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, danışıq zamanı Türkiyə prezidenti baş naziri Səudiyyə jurnalisti Camal Xaşuqcinin ölümü məsələsinin araşdırılması ilə bağlı məlumatlandırıb.

Tərəflər günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin ikitərəfli əlaqələr müzakirə edilib.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti