...

Kubanda daşqınlar nəticəsində 6 nəfər ölüb, 145-ə yaxın insan xəsarət alıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2018 22:31 (UTC +04:00)
Rusiyanın Krasnodar diyarının Kuban regionunda güclü yağışlar daşqınlara səbəb olub
Kubanda daşqınlar nəticəsində 6 nəfər ölüb, 145-ə yaxın insan xəsarət alıb

Bakı. Trend:

Rusiyanın Krasnodar diyarının Kuban regionunda güclü yağışlar daşqınlara səbəb olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 6 nəfər həlak olub, 2 nəfər itkin düşüb, təxminən 145 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan 12-si xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.

Bunda əlavə daşqınlar avtomobil və dəmir yollarına ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti