...

Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2018 20:33 (UTC +04:00)
Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb, bütün seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb
Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb

Bakı. Trend:

Gürcüstanda prezident seçkilərində səsvermə başa çatıb, bütün seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komitəsindən bildiriblər ki, yerli vaxtla saat 17:00 üçün seçicilərin iştirekı 38,6 faiz təşkil edib.

Xatırladaq ki, Gürcüstanın Mərkəzi Seçki komitəsi perzident seçkilərində səs vermək üçün 3705 seçki məntəqəsi yaradıb. Bundan əlavə 41 xarici ölkədə 55 məntəqə açılıb.

Ölkə XİN-in məlumatına əsasən, 53 minə yaxın Gürcüstan vətəndaşı xaricdə konsul uçotundadır.

Bildirilir ki, 3,3 mindən artıq müşahidəçi seçki prosesini izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti