...

Pompeo Kim Çen Inın məsləhətçisi ilə görüşməyi planlaşdırır

Dünya xəbərləri Materials 4 Noyabr 2018 23:16 (UTC +04:00)
ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxol ilə Nyu-Yorkda görüşəcək
Pompeo Kim Çen Inın məsləhətçisi ilə görüşməyi planlaşdırır

Bakı. Trend:

ABŞ dövlət katibi Mayk Pompeo gələn həftə Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxol ilə Nyu-Yorkda görüşəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi "Fox News" telekanalına müsahibəsi zamanı bildirib.

M.Pompeo deyib: "Mən gələn həftə Nyu-Yorkda həmkarım Kim Yon Çxol ilə görüşəcəyəm. Bizim bir neçə ay əvvəl denuklearizasiya mövzusunda başlamış müzakirələri davam etdirmək üçün yaxşı imkanımız olacaq".

Xatırladaq ki, oktyabrın 7-si Mayk Pompeo KXDR-ya səfər edib. Səfər zamanı dövlət katibi KXDR lideri Kim Çen Inla görüşüb və ikinci ABŞ-KXDR sammitinin təşkil edilməsini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti