...

Misirdə 19 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 5 Noyabr 2018 00:25 (UTC +04:00)
Misirin hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın 2-si xristiyanların olduğu avtobusa edilən hücumla bağlılığı olan 19 terrorçunu məhv edib
Misirdə 19 terrorçu məhv edilib

Bakı. Trend:

Misirin hüquq-mühafizə orqanlarının əməkdaşları noyabrın 2-si xristiyanların olduğu avtobusa edilən hücumla bağlılığı olan 19 terrorçunu məhv edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verir.

Məlumata əsasən, polislər ekstremistlərin gizləndiyi yerə silahlı basqın edib. Baş verən atışma nəticəsində bütün terrorçular məhv edilib.

Xatırladaq ki, noyabrın 2-də Misirin əl-Minya əyalətində naməlum şəxslər Müqəddəs Samuil monastırına xristianları aparan avtobusu atəşə tutublar. Nəticədə 7 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti