...

İranda yağış və qar həyatı iflic etdi

Dünya xəbərləri Materials 7 Noyabr 2018 14:57 (UTC +04:00)
İranda güclü qar və uçqun nəticəsində Kərəc-Çalus magistral yolu bağlanıb.
İranda yağış və qar həyatı iflic etdi

Bakı. Elnur Bağışov - Trend:

İranda güclü qar və uçqun nəticəsində Kərəc-Çalus magistral yolu bağlanıb.

Trend-in İranın yerli KİV-lərinə istinadən məlumatına görə, güclü qar Yasuc vilayətində də bir yolun bağlanması ilə nəticələnib.

Şərqi Azərbaycan vilayətində isə güclü qar yolların sürüşkən və təhlükəli olmasına səbəb olub.

Təbriz-Zəncan, Əhər, Kəleybər, Marağa-Həştrud, Əhər-Sambəran, Nəzər Kəhrizi aşırımlarında güclü qar və uçqun olması haqda məlumatlar var.

Əhvaz vilayətində güclü yağış Ümidiyyə-Deyəlm şosesinin bağlanmasına səbəb olub.

Çahar-Mahal və Bəxtiyari vilayətində güclü qar və uçqun köçəri ailələrin çətin duruma düşməsi ilə nəticələnib. Xilasedicilər 15 köçəri ailəyə kömək ediblər.

Mazandaran vilayətində güclü yağışlar daşqınla nəticələnib. Tonekabon rayonunun 14 kəndi ilə əlaqə kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti