...

İordaniyada leysan yağışları nəticəsində azı 7 nəfər ölüb

Dünya xəbərləri Materials 10 Noyabr 2018 02:59 (UTC +04:00)
İordaniyada güclü leysan yağışları nəticəsində yaranan sel suları azı 7 nəfərin ölümünə səbəb olub.
İordaniyada leysan yağışları nəticəsində azı 7 nəfər ölüb

Bakı. Trend:

İordaniyada güclü leysan yağışları nəticəsində yaranan sel suları azı 7 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, Krallıq hökumətinin rəsmi nümayəndəsi əhaliyə öz evlərini tərk etmələrini məsləhət görüb.

Anomal hava şəraiti Madaba və Maan əyalətlərinə təsir edib.

Turizm Nazirliyi şənbə günü bütün ekskursiyaları ləğv edib. Ölü dənizə gedən bəzi yollarda bağlanılacaq.

Təhsil Nazirliyi isə şənbə günü bütün məktəb və ali təhsil müəssisələrində dərsləri ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti