...

Türkiyədə silah-sursat anbarında baş verən partlayış 7 hərbçinin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 10 Noyabr 2018 21:16 (UTC +04:00)
Türkiyənin cənub-şərqində, Hakkari əyalətində silah-sursat anbarında partlayış baş verib
Türkiyədə silah-sursat anbarında baş verən partlayış 7 hərbçinin ölümünə səbəb olub

Bakı. Trend:

Türkiyənin cənub-şərqində, Hakkari əyalətində silah-sursat anbarında partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

T.Ərdoğan deyib: "Silah sursat anbarında baş verən partlayışda 7 hərbçimiz həlak olub, 25-i yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Hazırda onları müalicə üçün Ankaraya gətirirlər".

Prezidenti əlavə edib ki, partlayışın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti