...

Türkiyədə terror aktı: 2 əsgər həlak olub

Dünya xəbərləri Materials 12 Noyabr 2018 06:57 (UTC +04:00)
Türkiyənin Şırnak vilayətində terror aktı törədilib.
Türkiyədə terror aktı: 2 əsgər həlak olub

Bakı. Trend:

Türkiyənin Şırnak vilayətində terror aktı törədilib. Trend-in məlumatına görə, PKK terror təşkilatı tərəfdarlarının əvvəlcədən yola basdırdıqları əldədüzəltmə bombanın partladılması nəticəsində iki əsgər həlak olub, 5 nəfər isə yaralanıb. Əraziyə əlavə əsgər qüvvəsi göndərilib.

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları isə İraqın şimalında yerləşən terror düşərgəsini bombalayıb. Hava zərbələri ilə 4 terrorçunun məhv edildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti