...

İsrail Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib

Dünya xəbərləri Materials 13 Noyabr 2018 00:15 (UTC +04:00)
İsrail ordusu raket atəşlərinə cavab olaraq yerdən və havadan Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib
İsrail Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib

Bakı. Trend:

İsrail ordusu raket atəşlərinə cavab olaraq yerdən və havadan Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər verir.

Məlumatda deyilir: "Son saatlar ərzində İsrail təyyarələri, helikopterləri, digər uçuş aparatları və tankları Qəzza zolağında HƏMAS və "İslam cihadı"nın 70-dən artıq hərbi obyektinə zərbələr endirib".

İsrailin zərbələri nəticəsində 3 fələstinli həlak olub. Qəzza zolağından atılan raketlərin avtobusa və yaşayış evlərinə dəyməsi nəticəsində azı 16 nəfər xəsarət alıb.

Qeyd edək ki, daha əvvəl İsrail ordusunun mətbuat xidməti Qəzza zolağında İsrail ərazisinə 200 raketin buraxıldığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti