...

Quterreş Qəzza zolağında münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb

Dünya xəbərləri Materials 13 Noyabr 2018 08:29 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağında münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb
Quterreş Qəzza zolağında münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağında münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə ümumdünya təşkilatının rəhbərinin mətbuat ofisinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Baş katib təkidlə bütün tərəfləri maksimum təmkinli olmağa çağırır. A.Quterreş Qəzza zolağında təhlükəsizlik sahəsində son hadisələri diqqətlə izləyir".

Qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının xüsusi əlaqələndiricisi Nikolay Mladenov əmin-amanlığın bərpası məqsədi ilə Misir və bütün maraqlı tərəflər ilə sıx əməkdaşlıq edir".

Xatırladaq ki, İsrail ordusu daha əvvəl Qəzza zolağından İsrail ərazisinə 300-ə yaxın raketin buraxıldığını bildirib. Raket zərbələri nəticəsində 53 nəfər xəsarət alıb.

İsrail ordusu raket zərbələrinə cavab olaraq təyyarələr, helikopterlər, digər uçuş aparatları və tanklardan Qəzza zolağına zərbələr endirib və nəticədə 3 fələstinli həlak olub, 15-i isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti