...

Konqoda 7 BMT sülhməramlısı öldürülüb

Dünya xəbərləri Materials 16 Noyabr 2018 02:18 (UTC +04:00)
Konqo Demokratik Respublikasında BMT sülhməramlıları və Birləşmiş Demokratik Qüvvələr təşkilatının üzvləri arasında silahlı toqquşmalar olub
Konqoda 7 BMT sülhməramlısı öldürülüb

Bakı. Trend:

Konqo Demokratik Respublikasında BMT sülhməramlıları və Birləşmiş Demokratik Qüvvələr təşkilatının üzvləri arasında silahlı toqquşmalar olub.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi nümayənsdəsi Stefan Cüjarrik bildirib.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində 7 BMT sülhməramlısı həlak olub, 10-u yaralanıb, 1-i isə itkin düşüb.

Həlak olan sülhməramlılardan 6-sı Malaviyadan, 1-i isə Tanzaniaydan olub.

S.Cüjarrik bildirib ki, onlar Şimali Kivuda sülhməramlı əməliyyatı zamanı öldürülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti