...

Yağış İspaniyanı "ağ yuyub, qara sərdi" - Ölkə iflic olub

Hadisə Materials 19 Noyabr 2018 16:39 (UTC +04:00)
İspaniya ərazisində yağan şiddətli yağışlar bir neçə əyalətdə fəsadlara səbəb olub
Yağış İspaniyanı "ağ yuyub, qara sərdi" - Ölkə iflic olub

Bakı. Trend:

İspaniya ərazisində yağan şiddətlıi yağışlar bir neçə əyalətdə fəsadlara səbəb olub.

Trend-in məlumatına görə, Kanar adalarında hündürlüyü 6 metrədək çatan dalğalar qeydə alınıb. Tenerife şəhərində binalardan birində eyvanın çökməsi nəticəsində binadan 40 nəfər təxliyə olunub.

Valensiya və Alikante şəhərlərində “qırmızı” təhlükə səviyyəsi elan olunub.

Bir çox məktəblərdə dərslər dayandırılıb.

İspaniyanın şimalındakı Basklar diyarında daşqınlar nəticəsində bir nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

İspaniyada yağıntıların bir həftə ərzində davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti