...

Yunanıstan sahillərində Türkiyəyə məxsus gəmi yanıb

Dünya xəbərləri Materials 21 Noyabr 2018 14:32 (UTC +04:00)
Yunanıstan sahillərində Türkiyəyə məxsus yük gəmisində yanğın baş verib
Yunanıstan sahillərində Türkiyəyə məxsus gəmi yanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Yunanıstan sahillərində Türkiyəyə məxsus yük gəmisində yanğın baş verib.

Trend-in məlumatına görə, gəmi Tunisdən Türkiyəyə yola düşüb.

Qeyd olunur ki, yanğın gəminin mühərrik hissəsində başlayıb.

Gəminin 11 nəfərdən ibarət heyət üzvü Türkiyə sahil-mühafizə xidmətinin əməkdaşları tərəfindən təxliyə olunub.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti