...

Tramp: Xaşkacinin ölümündə bütün dünya günahkardır

Dünya xəbərləri Materials 22 Noyabr 2018 23:16 (UTC +04:00)
ABŞ Prezidenti Tramp bu dəfə də Səudiyyə Ərəbistanın tərəfini saxlayıb
Tramp: Xaşkacinin ölümündə bütün dünya günahkardır

Bakı. Tural Turan - Trend:

ABŞ Prezidenti Donald Tramp bu dəfə də Səudiyyə Ərəbistanının tərəfini saxlayıb. Trend-in məlumatına görə, Tramp jurnalist Camal Xaşkacinin ölümündə bütün dünyanı günahlandırmağı təklif edib.

Jurnalistlərin "Kim günahkardır?" sualına Tramp belə cavab verib: "Ola bilər dünya".

Trampın sözlərinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salman ondan daha çox jurnalistin ölümünə təəssüf edib.

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti