...

İngiltərə sahillərində 8 miqrant saxlanılıb

Dünya xəbərləri Materials 24 Noyabr 2018 00:16 (UTC +04:00)
İngiltərənin cənub-şərqində, Duvr şəhəri sahillərində naməlum qayıq saxlanılıb
İngiltərə sahillərində 8 miqrant saxlanılıb

Bakı. Trend:

İngiltərənin cənub-şərqində, Duvr şəhəri sahillərində naməlum qayıq saxlanılıb.

Trend-in Böyük Britaniya DİN-nə istinadən verdiyi məlumata görə, sərhəd xidmətinin gəmisi tərəfindən saxlanılan qayığın göyərtəsində 8 miqrant aşkar edilib. Onlar həkimlər tərəfindən müayinə olunub, lakin onlara tibbi yardın lazım olmayıb.

Daha sonra miqrantlar miqrasi xidməti orqanlarına veriliblər.

Əməliyyat həmçinin sahil mühafizəsinin gəmiləri də iştirak edib.

Qeyd edək ki, son 2 həftə ərzində Böyük Britaniya sahillərində krallığın ərazisinə daxil olmaq istəyən 80-dən artıq miqrant saxlanılıb. Onların əksəriyyəti iranlı olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti