...

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550-yə çatıb (YENİLƏNİB-7)

Dünya xəbərləri Materials 26 Noyabr 2018 07:30 (UTC +04:00)
İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb
İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550-yə çatıb (YENİLƏNİB-7)

İlk xəbər saat 22:13-də yayılıb

Bakı. Trend:

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

XXX

05:20

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 513 nəfərə çatıb.

Trend-in məlumatına görə, İranın Kermanşah əyalətində 20-dən artıq təkrar təkanlar qeydə alınıb. Bu gün əyalətdə məktəblər və universitetlər fəaliyyət göstərməyəcək.

Bunda əlavə, İraq Kürdüstanı ərazisində 1 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.

XXX

01:50

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 411 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.

H.Bazvand deyib: "Zəlzələ nəticəsində 411 nəfər xəsarət alıb, onlardan 80 faizinə tibbi yardım göstərilib. Ölənlər haqqında məlumat daxil olmayıb".

XXX

00:40

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İranın "Fars" agentliyinə təcili yardım xidmətinin rəhbəri Pir Hoseyn Kulivan bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan yalnız 8-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

XXX

00:33

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 350 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

XXX

00:20

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 260 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

XXX

00:03

İranda 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində 210 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Kermanşah əyalətinin qubernatoru Huşanq Bazvand bildirib.

Qubernator deyib: "Hazırda 3 şəhər üzrə (Gilənqarb, Kasr-e Şirin və Sere-Pole-Zohab) təxminən 210 yaralımız var. Ölənlər barədə məlumat daxil olmayıb".

XXX

22:13

İran-İraq sərhədində 6,3 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 16:37-də qeydə alınan yeraltı təkanların episentri İraqın Bağdad şəhərindən 150 kilometr şimal-şərqdə, İranın Sere-Pole-Zohab şəhərindən isə 37 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, zəlzələ nəticəsində İranın Kermanşah əyalətində azı 70 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti