...

Trüdo: Kanada və ABŞ yeni ticarət müqaviləsinin son detallarını hələ müzakirə edirlər

Dünya xəbərləri Materials 29 Noyabr 2018 06:15 (UTC +04:00)
Kanada və ABŞ 3 Şimali Amerika ölkəsi arasında yeni ticarət müqaviləsinin detallarını müzakirə etməyə davam edirlər
Trüdo: Kanada və ABŞ yeni ticarət müqaviləsinin son detallarını hələ müzakirə edirlər

Bakı. Trend:

Kanada və ABŞ 3 Şimali Amerika ölkəsi arasında yeni ticarət müqaviləsinin detallarını müzakirə etməyə davam edirlər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Kanadanın baş naziri Castin Trüdo deyib.

C.Trüdo bildirib: "Biz bunu [razılaşmanı] hələ müzakirə edirik". Baş nazir digər təfərrüatlar barədə məlumat verməyib.

Xatırladaq ki, Meksikanın iqtisadiyyat naziri İldefonso Quaxardo daha əvvəl bildirib ki, Meksika, Kanada və ABŞ arasında yeni ticarət müqaviləsi noyabrın 30-u Argentinada G20 sammiti çərçivəsində imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti