...

Türkiyə XİN-i Fransa ilə bağlı xəbərdarlıq edib

Dünya xəbərləri Materials 3 Dekabr 2018 02:54 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi nəzərdə tutan və ya səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.
Türkiyə XİN-i Fransa ilə bağlı xəbərdarlıq edib

Bakı. Tural Turan - Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi nəzərdə tutan və ya səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.

Trend-in məlumatına görə, xəbərdarlıqda Paris olmaqla digər şəhərlərdə təşkil edilən etiraz aksiyalarından uzaq olmaq, şəhərdaxili və şəhərlərarası yollarda ehtiyatlı olmaları tövsiyə edilib.

Xatırladaq ki, noyabrın 17-dən Fransada benzinin bahalaşması əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. “Sarı jiletlilər” adı altında keçirilən mitinqlərdə bugünə qədər2 nəfər ölüb, 150-si polis olmaqla 850-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti