...

İstanbulda yaşayış binasında yanğın olub, xəsarət alanlar var

Dünya xəbərləri Materials 7 Dekabr 2018 08:15 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verib
İstanbulda yaşayış binasında yanğın olub, xəsarət alanlar var

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yanğın baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumaat görə, yanğın nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər xəsarət alıb. Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları şəhərin müxtəlif xəstəxanalarına çatdırıblar.

Bildirilir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Yanğının başvermə səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti