...

İstanbulda daha bir ƏMƏLİYYAT - 11 terrorçu tutuldu

Dünya xəbərləri Materials 13 Dekabr 2018 10:58 (UTC +04:00)
İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib
İstanbulda daha bir ƏMƏLİYYAT - 11 terrorçu tutuldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 11 nəfər saxlanılıb.

Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.

Qeyd edilir ki, əməliyyat qabaqcadan müəyyən olunmuş 15 ünvan üzrə keçirilib.

Xatırladaq ki, sonuncu dəfə noyabrın 5-də İŞİD-ə qarşı keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı ki, həmin şəxslərin Suriya, İraq, Livan və Liviyada terrorçular üçün maliyyə vəsaiti toplamaqla məşğul olduqları bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti