...

Türkiyədə daha bir polis məmuru ölü tapıldı - İntihar?

Hadisə Materials 13 Dekabr 2018 13:03 (UTC +04:00)
Türkiyənin Antalya vilayəti polis idarəsinin rəis müavini Əli Karaarslan ölü tapılıb
Türkiyədə daha bir polis məmuru ölü tapıldı - İntihar?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Antalya vilayəti polis idarəsinin rəis müavini Əli Karaarslan ölü tapılıb.

Trend-in məlumatına görə, onun meyiti Antalyanın Kəpəz rayonunda avtomobilin içərisində tapılıb.

Onun bədənində güllə yarasının aşkar olunduğu deyilir.

İlkin ehtimallara görə, Ə.Karaarslan intihar edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rize vilayətinin polis rəisi hücuma məruz qalaraq öldürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti