...

Barselonada etirazlar var - Polis dəyənəkləri işə salıb

Dünya xəbərləri Materials 21 Dekabr 2018 18:17 (UTC +04:00)
Barselonada güclü etiraz aksiyası başlayıb.
Barselonada etirazlar var - Polis dəyənəkləri işə salıb

Bakı. Trend:

Barselonada güclü etiraz aksiyası başlayıb.

Trend-in məlumatına görə, şəhərin bir neçə rayonunda aksiya zamanı etirazçılarla polis qüvvələri arasında toqquşma baş verib. Qeyd edilir ki, hazırda İspaniya Nazirlər Şurasının iclası keçirilir.

Etirazçılar iclas keçirilən saraya doğru irəliləyirlər. Onların qarşısını kəsmək üçün polis süni maneələr yaradıb.

Etirazçılar polislərə daş atıblar, üzərlərinə boya dağıdıblar, küçələrdəki zibil yeşiklərini yandırıblar.

Polis etirazçılara qarşı dəyənəklərdən istifadə etməyə məcbur olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti