...

Filippində "Usman" qasırğası nəticəsində ölənlərin sayı 75-ə çatıb

Dünya xəbərləri Materials 1 Yanvar 2019 14:08 (UTC +04:00)
Filippində "Usman" tropik qasırğasının səbəb olduğu güclü yağış və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 75-ə çatıb.
Filippində "Usman" qasırğası nəticəsində ölənlərin sayı 75-ə çatıb

Bakı. Trend:

Filippində "Usman" tropik qasırğasının səbəb olduğu güclü yağış və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 75-ə çatıb.

Trend-in məlumatına görə, bunu ölkənin Risklərin Azaldılması və Fəlakətlərin İdarə Olunması üzrə Milli Şurasının (NDRRMC) nümayəndəsi Edqar Posadas bildirib.

Daha öncə 61 nəfərin öldüyü və 18 nəfərin itkin düşdüyü bildirilirdi.

Posadasın sözlərinə görə, 75 nəfərdən 59-u V regionda (Bikol regionu), 13-ü VIII regionda (Şərqi Visay) və üç nəfər ölkənin digər regionlarında həlak olub.

Ümumilikdə, qasırğa 191 min nəfərə təsir göstərib, 16 nəfər itkin düşmüş hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti