...

Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Dünya xəbərləri Materials 11 Yanvar 2019 05:16 (UTC +04:00)
Fransanın şərqində qəzaya uğrayan "Mirage 2000D" qırıcı təyyarənin hər iki pilotu həlak olub
Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Bakı. Trend:

Fransanın şərqində qəzaya uğrayan "Mirage 2000D" qırıcı təyyarənin hər iki pilotu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Fransanın medafiə naziri Florans Parli bildirib.

Müdafiə Nazirliyi hər iki pilotun - kapitan Batist Şiryenin və qadın-leytenant Odri Mişlonun - öldüyünü təsdiq edib.

Müdafiə naziri həlak olan pilotların ailələrinə başsağlığı verib. İnsidentin təfərrüatları araşdırılır.

Qeyd edək ki, qırıcı təyyarə ilə əlaqə yanvarın 9-u kəsilib. Daha sonra təyyarənin qalıqları və pilotlardan birinin paraşutu tapılıb.

Xəbər lenti

Xəbər lenti