...

Tokionun mərkəzində "avtomobil hücumu": 7 yaralı

Dünya xəbərləri Materials 16 Yanvar 2019 10:21 (UTC +04:00)
Tokionun mərkəzində naməlum sürücü avtomobili səkiyə qaldıraraq kütlənin üstünə sürüb.
Tokionun mərkəzində "avtomobil hücumu": 7 yaralı

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokionun mərkəzində naməlum sürücü avtomobili səkiyə qaldıraraq kütlənin üstünə sürüb.

Trend xəbər verir ki, hadisə Sindzyuku dəmiryol stansiyasının yaxınlığında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident nəticəsində ən azı 7 nəfər xəsarət alıb, bir neçəsinin vəziyyəti ağırdır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti