...

Rusiyada 15 nəfər şaurmadan zəhərləndi

Hadisə Materials 18 Yanvar 2019 18:55 (UTC +04:00)
Rusiyanın Voronej şəhərində şaurma yedikdən sonra 15 nəfərə xəstəxanaya yerləşdirilib
Rusiyada 15 nəfər şaurmadan zəhərləndi

Bakı. Trend:

Rusiyanın Voronej şəhərində şaurma yedikdən sonra 15 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, onlardan 6 nəfərinə salmonelyoz diaqnozu qoyulub.

Onların vəziyyəti orta ağır qiymətləndirilir. Zəhərlənən şəxslərin müalicəsi bir neçə gün də davam etdiriləcək.

Qeyd olunur ki, müştərilər şaurmanı eyni müəssisədən alıb. Hazırda həmin müəssisə ilə bağlı araşdırmalar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti