...

İranda QƏZA - 12 yük vaqonu relsdən çıxdı

Dünya xəbərləri Materials 20 Yanvar 2019 12:28 (UTC +04:00)
İranın Bafq-Bəndər və Abbas rayonlarının ərazisində yük qatarının 12 vaqonu resldən çıxıb.
İranda QƏZA - 12 yük vaqonu relsdən çıxdı

Bakı. Elnur Bağışov - Trend:

İranın Bafq-Bəndər və Abbas rayonlarının ərazisində yük qatarının 12 vaqonu resldən çıxıb.

Trend-in məlumatına görə, hadisə bu gün baş verib. Məlumata görə, İranın Yəzd vilayətinin Bafq rayonundan Hörmüzqan vilayətinin Bəndər Abbas rayonuna doğru hərəkət edən qatar Cənnətabad-Bəyaz stansiyaları arasında relsdən çıxıb. Ümumilikdə qatara 43 vaqon qoşulduğu bildirilir.

Hazırda bu istiqamətdə yol bağlı olduğundan qatarların hərəkəti dayandırılıb.

Qəzanın hansı şəraitdə və səbəbdən baş verməsi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti