...

Qazaxıstan adının dəyişdirilməsi təklif olunur

Dünya xəbərləri Materials 23 Yanvar 2019 16:08 (UTC +04:00)
Qazaxıstanlı deputat Azat Peruaşev ölkənin baş naziri Bakıtjan Sagintayevə Qazaxıstan adının dəyişdirilməsi ilə bağlı təklif göndərib
Qazaxıstan adının dəyişdirilməsi təklif olunur

Bakı. Trend:

Qazaxıstanlı deputat Azat Peruaşev ölkənin baş naziri Bakıtjan Sagintayevə Qazaxıstanın adının dəyişdirilməsi ilə bağlı təklif göndərib.

Trend-in məlumatına görə, ölkənin adının Qazax Respublikasına dəyişdirilməsi təklif olunur.

Millət vəkili yeni adın 2020-ci ildə SSRİ-nin tərkibində Qazax Sovet Sosialist Respublikasının yaradılmasının 100 illik ildönümü ilə bağlı verilməsini təklif edib.

Deputat xatırladıb ki, hələ 2014-cü ildə Prezident Nursultan Nazarbayev Qazaxıstan adının Qazax Elinə (Qazax Respublikası) dəyişdirilməsi təklifini irəli sürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti