...

Putin: Suriya üzrə növbəti RF-Türkiyə-İran sammiti Rusiyada keçiriləcək

Dünya xəbərləri Materials 24 Yanvar 2019 03:25 (UTC +04:00)
Suriya üzrə növbəti RF-Türkiyə-İran sammiti yaxın zamanda Rusiyada keçiriləcək
Putin: Suriya üzrə növbəti RF-Türkiyə-İran sammiti Rusiyada keçiriləcək

Bakı. Trend:

Suriya üzrə növbəti RF-Türkiyə-İran sammiti yaxın zamanda Rusiyada keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə bildirib.

V.Putin deyib: "Biz cənab prezident ilə çox sıx işləyirik, mütəmadi olaraq görüşürük. Görüşlər həmişə zəngin və məhsuldar keçir. Bu isə praktik işdə yaxşı nəticələr verir. Onlar arasında Suriyada vəziyyətin nizamlanmasına həsr olunmuş və Astana prosesi çərçivəsində Ankarada və Tehranda baş tutmuş Rusiya-Türkiy-İran sammitləri çox faydalı olub".

Rusiya prezidenti qeyd edib ki, biz biz yaxın vaxtlarda Rusiyada növbəti belə sammit təşkil etmək barədə razılığa gəldik: "Biz cənab prezidentlə artıq görüşün təxmini vaxtı və yeri barədə razılığa gəlmişik. Biz bunu hələ iranlı tərəfdaşlar ilə razılaşdırmalıyıq".

Xəbər lenti

Xəbər lenti