...

Antalyada yenə qasırğa

Dünya xəbərləri Materials 26 Yanvar 2019 11:57 (UTC +04:00)
Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa tüğyan edir
Antalyada yenə qasırğa

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa tüğyan edir.

Trend-in məlumatına görə, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub.

Qasırğa ilə əlaqədar bir neçə istixana dağılıb və işçilər xəsarət alıb. Bu saata olan məlumata görə, qasırğa nəticəsində yaralananların sayı 5 nəfərdir.

Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti