...

İtaliya A Seriyası: “Latsio” doğma meydanda “Yuventus”la bacara bilmədi (VİDEO)

Dünya xəbərləri Materials 28 Yanvar 2019 03:52 (UTC +04:00)
Görüşün 88-ci dəqiqədə Ronaldu qələbə qoluna imza atıb.
İtaliya A Seriyası: “Latsio” doğma meydanda “Yuventus”la bacara bilmədi (VİDEO)

Bakı. Tural Turan - Trend:

Turinin “Yuventus” klubu səfərdə “Latsio”nu 1:2 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, oyunda hesabı avtoqola imza atan E.Can açıb. 74-cü dəqiqədə Kanselu tarazlığı bərpa edib, 88-ci dəqiqədə isə Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına qələbə qazandrıb.

Beləliklə, “Yuventus” 59 xalla birinci yerdə, “Latsio” isə 32 xalla 8-ci yerdədir.

Digər oyunların nəticələri:

"Kyevo" - "Fiorentina" - 3:4;
"Atalanta" - "Roma" - 3:3;
"Bolonya" - "Frazinone" - 0:4;
"Parma" - SPAL - 2:3;
"Torino" - "İnter" - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti