...

Ərəbistanda kəskin hava 12 nəfəri öldürdü

Dünya xəbərləri Materials 30 Yanvar 2019 17:21 (UTC +04:00)
Səudiyyə Ərəbistanının şimal və qərb rayonlarında kəskin hava şəraiti ilə əlaqədar son iki gündə 12 nəfər həlak olub.
Ərəbistanda kəskin hava 12 nəfəri öldürdü

Bakı. Trend:

Səudiyyə Ərəbistanının şimal və qərb rayonlarında kəskin hava şəraiti ilə əlaqədar son iki gündə 12 nəfər həlak olub.

Trend-in məlumatına görə, 7 nəfər, o cümlədən bir əcnəbi vətəndaş Mədinə şəhərində şiddətli yağıntılar nəticəsində yaranmış daşqınların qurbanı olub.

Bundan başqa, həmin şəhərdə iki azyaşlı uşaq suvarma kanalında boğulub.

Şiddətli yağıntılarla əlaqədar bölgədəki məktəblərdə dərslər də dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti