...

Fransada atışma - Ölü və yaralılar var

Dünya xəbərləri Materials 31 Yanvar 2019 13:42 (UTC +04:00)
Fransanın Korsika adasında bir şəxs iki nəfərə bıçaqla hücum edib
Fransada atışma - Ölü və yaralılar var

Bakı. Trend:

Fransanın Korsika adasında bir şəxs iki nəfərə bıçaqla hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Daha sonra həmin şəxs odlu silahla yoldan keçənlərə atəş açmağa başlayıb. Bu hadisə nəticəsində isə 4 nəfər xəsarət alıb.

Qeyd olunur ki, polis hadisə yerinə gəldikdən sonra Jozef Orsoni adlı şəxs mənzillərin birində gizlənib. Bir müddət sonra o, odlu silahla intihar edib.

Polis müəyyən edib ki, münaqişəyə qonşunun iti səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti