...

ABŞ-da soyuq hava şəraitinin qurbanlarının sayı 12-yə çatıb

Dünya xəbərləri Materials 1 Fevral 2019 03:18 (UTC +04:00)
ABŞ-ın Orta Qərbində soyuq hava şəraiti və güclü qar nəticəsində ölənlərin sayı 12 nəfər çatıb
ABŞ-da soyuq hava şəraitinin qurbanlarının sayı 12-yə çatıb

Bakı. Trend:

ABŞ-ın Orta Qərbində soyuq hava şəraiti və güclü qar nəticəsində ölənlərin sayı 12 nəfər çatıb.

Trend-in məlumatına görə, daha əvvəl 8 nəfərin Ayova, Viskonsin, İllinoys, İndiana və Miçiqan ştatlarında öldüyü bildirilirdi.

Miçiqanın enerji şirkətinin obyektində yanğın baş verməsi nəticəsində təbii qaz təchizatında fasilələr yaranıb və bu səbəbdən "General Motors" avtomobil zavodu ştatda 13 müəssisəsinin işini dayandırıb.

Qeyd edək ki, ötən gün ən aşağı temperatur Minnesota ştatının İnterneyşnl-Folls şəhərində qeydə alınıb - mənfi 42,8 dərəcə.

Xəbər lenti

Xəbər lenti