...

Parisdə güclü yanğında ölənlərin sayı 7-yə çatıb, 28 yaralı var

Dünya xəbərləri Materials 5 Fevral 2019 09:24 (UTC +04:00)
Fransanın paytaxtı Parisin cənub-qərbində güclü yanğın baş verib.
Parisdə güclü yanğında ölənlərin sayı 7-yə çatıb, 28 yaralı var

Bakı. Trend:

Fransanın paytaxtı Parisin cənub-qərbində güclü yanğın olub.

Trend-in məlumatına görə, hadisə şəhərin 16-cı dairəsinin Erlanje küçəsindəki 8 mərtəbəli binada qeydə alınıb.

Gecə saatlarında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb, 28 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır.

Ərazidə 200-ə yaxın yanğınsöndürən çalışır. Qonşu binaların sakinləri təxliyə olunub.

Hadisənin səbəbi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti