...

Türkiyədə təbii qaz ehtiyatları tapıldı

Dünya xəbərləri Materials 8 Fevral 2019 16:59 (UTC +04:00)
Türkiyənin şimal-qərbində təbii qaz ehtiyatları aşkar edilib
Türkiyədə təbii qaz ehtiyatları tapıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şimal-qərbində təbii qaz ehtiyatları aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, təbii qaz ehtiyatları İstanbulun ətrafında və Tekirdağ vilayətində tapılıb.

Onun sözlərinə görə, hazırda həmin bölgələrdə təbii qazın həcmi dəqiqləşdirilir.

F.Dönməz əlavə edib ki, Türkiyə gələcəkdə də quruda və dənizdə neft-qaz ehtiyatlarının aşkar olunması üçün kəşfiyyat işlərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti