...

Çexiya XİN rəhbəri "Brexit" üzrə razılaşmanın əldə olunacağından əmindir

Dünya xəbərləri Materials 17 Fevral 2019 04:19 (UTC +04:00)
Böyük Britaniya Brüssellə razılaşma əldə etməmiş Avropa İttifaqını tərk etməyəcək
Çexiya XİN rəhbəri "Brexit" üzrə razılaşmanın əldə olunacağından əmindir

Bakı. Trend:

Böyük Britaniya Brüssellə razılaşma əldə etməmiş Avropa İttifaqını tərk etməyəcək.

Trend-in məlumatına görə, bu barədə Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə Çexiyanın xarici işlər naziri Tomaş Petrjiçek bildirib.

T.Petrjiçek deyib: "Böyük Britaniyanın Avropa İttifaqından razılaşma əldə etmədən çıxması tərəflərdən heç birinin maraqlarına uyğun deyil. Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək. İnanıram ki, tərəflər razılaşma əldə edəcəklər. Britaniya tərəfi müvafiq istəklə müraciət etsə "Brexit"in həyata keçirilmə müddətinin gecikdirilməsi imkanı mövcuddur".

Xəbər lenti

Xəbər lenti