...

Kanadada yük qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 17 Fevral 2019 01:13 (UTC +04:00)
Kanadanın Manitoba əyalətində təmizlənməmiş neft daşıyan qatar relsdən çıxıb
Kanadada yük qatarı relsdən çıxıb

Bakı. Trend:

Kanadanın Manitoba əyalətində təmizlənməmiş neft daşıyan qatar relsdən çıxıb.

Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, "CN" nəqliyyat şirkətinə məxsus olan qatarın 40 vaqonu relsdən çıxıb.

Vinnipeqa şəhərindən 300 kilometr şimal-qərbdə baş verən qəza nəticəsində 37 vaqondan neft axıb və hazırda ərazinin təmizlənməsi işləri aparılır.

Qeyd edilir ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti