...

Binəli Yıldırım bu gün istefa verəcək

Dünya xəbərləri Materials 18 Fevral 2019 10:28 (UTC +04:00)
Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım bu gün istefaya gedəcək.
Binəli Yıldırım bu gün istefa verəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım bu gün istefaya gedəcək. Trend-in məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da o, artıq rəsmi şəkildə istefa verəcək.

Qeyd edək ki, hələ yanvarın 30-da Türkiyə Parlamentinin spikeri B.Yıldırım fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan etmişdi. Spiker istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirmişdi.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti