...

İstanbulda ƏMƏLİYYAT - 11 PKK üzvü saxlanıldı

Dünya xəbərləri Materials 28 Fevral 2019 13:28 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində polis növbəti xüsusi əməliyyat keçirib
İstanbulda ƏMƏLİYYAT - 11 PKK üzvü saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində polis növbəti xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 11 PKK mənsubu saxlanılıb.

Qeyd olunur ki, saxlanılanlar gələn ay keçiriləcək bələdiyyə seçkiləri öncəsi terror aktları planlaşdırırmış.

Bundan başqa, bu gün Türkiyənin şərq vilayətlərində də əməliyyatların keçirildiyi bildirilib.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-i baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti