...

İsveçdə kütləvi davada 100 nəfərə yaxın iştirak edib

Dünya xəbərləri Materials 3 Mart 2019 18:24 (UTC +04:00)
Bu gün İsveçin Höteborq şəhərində kütləvi dava baş verib.
İsveçdə kütləvi davada 100 nəfərə yaxın iştirak edib

Bakı. Tural Turan - Trend:

Bu gün İsveçin Höteborq şəhərində kütləvi dava baş verib. Trend-in məlumatına görə, restoranların birində 100-ə yaxın insanın iştirakı ilə dava baş verib.

Davada restoranın mühafizəçiləri yüngül xəsarətlər alıblar. Davaya başlayan 5 nəfər saxlanılıb.

Hadisə yerinə 12 polis maşını cəlb olunub. Hadisənin səbəbləri açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti