...

"Brexit" üzrə razılaşma növbəti dəfə rədd edildi

Dünya xəbərləri Materials 13 Mart 2019 00:02 (UTC +04:00)
Böyük Britaniyanın İcmalar palatası baş nazir Tereza Meyin Brüssellə bağladığı "Brexit" üzrə razılaşmaya qarşı səs verib.
"Brexit" üzrə razılaşma növbəti dəfə rədd edildi

Bakı. Trend:

Böyük Britaniyanın İcmalar palatası baş nazir Tereza Meyin Brüssellə bağladığı "Brexit" üzrə razılaşmaya qarşı səs verib.

Trend-in məlumatına görə, səsvermə krallığın telekanalları vasitəsi ilə canlı yayımlanırdı. Razılaşmaya qarşı 391 parlament üzvü, onun leyhinə isə 242 deputat səs verib.

Qeyd edək ki, razılaşmaya dair səsvermə artıq ikinci dəfə keçirilir. Keçən dəfə səsvermə 230 səs fərqi ilə iflasa uğradı.

Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti