...

ABŞ-da yüngül motorlu təyyarə evin üstünə düşüb: ölən var

Dünya xəbərləri Materials 13 Mart 2019 03:55 (UTC +04:00)
ABŞ-ın Ohayo ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.
ABŞ-da yüngül motorlu təyyarə evin üstünə düşüb: ölən var

Bakı. Trend:

ABŞ-ın Ohayo ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, "Piper" tipli təyyarə Madeyra şəhəri yaxınlığında yaşayış evinin üstünə düşüb. Hadisə nəticəsində pilot həlak olub.

Təyyarənin düşdüyü evin sakinlərindən xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində neçə nəfərin olduğu məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti